Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 30 noyabr 2015 10:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 183 m3/s olmaqla ongünlük normanın 99 faizidir. 2014-cü ildə isə bu rəqəm 148 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 121 faizinə bərabərdir.


Noyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 5, Bankədə 4 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2014-cü il noyabrın 30-da 418 sm), Şirvanda 231 sm (2014-cü il noyabrın 30-da 289 sm), Salyanda 195 sm (2014-cü il noyabrın 30-da 230 sm), Bankədə 179 sm (2014-cü il noyabrın 30-da 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2014-cü il noyabrın 30-da 171 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR