Zərdabda keçirilən qanvermə aksiyasında 500-dək könüllü iştirak edib

Zərdabda keçirilən qanvermə aksiyasında 500-dək könüllü iştirak edib
# 17 noyabr 2015 12:07 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə keçirilən qanvermə aksiyaları davam edir.

Fonddan APA-ya verilən məlumata görə, növbəti belə bir tədbir Zərdab rayonunda keçirilib. Bunun üçün rayon poliklinikasında hər cür şərait yaradılıb. Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu nəzdindəki Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən həyata keçirilib. Əvvəlcə donorların ümumi sağlamlıq durumu yoxlanılıb. Səhhəti imkan verən sakinlərdən qan götürülüb.

Humanitar aksiyada 500 nəfərə yaxın rayon sakini könüllü olaraq qan verib. Təhsil, səhiyyə və mədəniyyət işçiləri, polis əməkdaşları və bir sıra digər müəssisələrin kollektivləri aksiyada daha fəal iştirak ediblər.

Rayon sakinləri bu cür xeyirxah aksiyaların əhəmiyyətini yüksək qiymətləndirərək Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR