Azərbaycanlıların da iştirak etdiyi sorğu Roma Papasını dünyanın ən populyar lideri edib

Azərbaycanlıların da iştirak etdiyi sorğu Roma Papasını dünyanın ən populyar lideri edib
# 24 mart 2016 09:06 (UTC +04:00)

Bakı - APA. "WIN Gallup International" təşkilatı tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, Roma Papası Fransisk dünya liderlərindən daha məşhurdur.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sorğuda 1000 nəfər iştirak edib. İştirakçılar 64 ölkəni təmsil edib.

Pontifik daha çox katoliklər və yəhudilər arasında populyardır. Katoliklərin 85%, yəhudilərin isə 65%-i Fransisk haqqında müsbət fikirdədir.

Coğrafi bölgüyə gəlincə, Roma Papasına daha çox Latın Amerikası, Şimali Amerika və Avropa İttifaqının üzvü olan ölkələrin (xüsusilə, İtaliya və Portuqaliya) əhalisi simpatiya bəsləyir.

Maraqlı fakt ondan ibarətdir ki, sorğuda iştirak edən azərbaycanlıların əksəriyyəti Roma Papası haqqında demək olar ki, heç nə bilmirlər.

Qeyd edək ki, əsl adı Xorxe Mario Berqolyo olan Fransisk 17 dekabr 1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə italyan miqrantların ailəsində doğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR