Bakıda binanın elektrik sayğacları yanıb

Bakıda binanın elektrik sayğacları yanıb
# 01 aprel 2016 20:33 (UTC +04:00)

Bakı – APA. Bakının Yasamal rayonunda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində olan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR