Dilçilik İnstitutu Azərbaycana idxal olunan malların monitorinqini aparacaq

Dilçilik İnstitutu Azərbaycana idxal olunan malların monitorinqini aparacaq
# 11 yanvar 2016 09:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan malların etiketlərində və adlarında isteh­lak­çı­lar üçün Azərbaycan dilində zəruri məlumatların olması ilə bağlı monitorinq aparacaq.

Bu barədə APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyeva məlumat verib. O bildirib ki, hazırda ölkəyə idxal olunan qeydiyyatdan keçmiş malların siyahısı dəqiqləşdirilir. N. Qazıyeva əlavə edib ki, bu sahədə xeyli problem mövcuddur: “Hazırda iş gedir. Çox güman ki, mart ayında əlimizdə konkret faktlar olacaq”.

Qeyd edək ki, Azərbaycana idxal olunan malların etiketlərində və adlarında isteh­lak­çı­lar üçün Azərbaycan dilində zəruri məlumatların olması ilə bağlı monitorinqin aparılması “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında nəzərdə tutulub. Proqrama əsasən, monitorinq İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR