Ermənistanda silahlı qruplaşma bütün girovları azadlığa buraxılıb

Ermənistanda silahlı qruplaşma bütün girovları azadlığa buraxılıb
# 23 iyul 2016 13:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Ermənistanda polis şöbəsini nəzarətdə saxlayan silahlı qrup sonuncu girovlar - Ermənistan polisinin rəsi müavini Vardan Eqiazaryan və İrəvan polisinin rəsi müavini Valeriy Osipyanı azadlığa buraxıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bundan əvvəl iki sıravi polis heç bir şərt irəli sürülmədən azad olunmuşdu.

Qeyd edək ki, silahlı qruplaşmanın üzvü Varujan Avetisyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qeorqi Kutoyan arasında görüş keçirilib. Görüşdə mətbuat rahat işləməsi üçün mərkəzin yaradılması şərtilə girovların azadlığa buraxılması barədə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR