Ağdamda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb

Ağdamda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb
# 19 sentyabr 2016 08:58 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Hindarx-Quzanlı yolunun 3-cü kilometrliyində qeydə alınıb. Baharlı qəsəbə sakini Ülvan Kərimovun idarə etdiyi “VAZ 2107” markalı, 09 EH 596 dövlət nömrə nişanlı minik avtomobili Səfərli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Bayramov Bakir Şakir oğlunu vurub. Hadisə zamanı “VAZ 2107”nin sürücüsü idarəetməni itirib və avtomobil qarşıdan gələn Əhmədov Sadəddinə məxsus “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə Ü. Kərimov və yolu keçən B. Bayramov ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR