Gürcüstan XİN rəhbəri “Günəşli” yatağında baş verənlərlə əlaqədar başsağlığı verib

Gürcüstan XİN rəhbəri “Günəşli” yatağında baş verənlərlə əlaqədar başsağlığı verib
# 07 dekabr 2015 09:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstan xarici işlər naziri Georgi Kvirikaşvili “Günəşli” neft yatağında baş verən yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində güclü yanğın baş verib. Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 32 nəfər təxliyə olunub. İki nəfər həlak olub, 29 nəfər itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR