Gəncə sakini ağır xəsarət alıb

Gəncə sakini ağır xəsarət alıb
# 23 iyul 2016 22:19 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1956-cı il təvəllüdlü Vilayət Hacıyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Yaxınlarının sözlərinə görə, V. Hacıyev yaşadığı evin həyətində yıxılaraq dəmir parçası onun döş qəfəsinə batıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR