Azərbaycanda əkin sahələrinin su təchizatına və əhalinin içməli su tələbatının ödənilməsinə 12 milyon manat ayrılıb

Azərbaycanda əkin sahələrinin su təchizatına və əhalinin içməli su tələbatının ödənilməsinə 12 milyon manat ayrılıb
# 16 dekabr 2015 15:27 (UTC +04:00)

APA-nın məlumatına görə, əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 10 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR