Yaponiyada zəlzələ qurbanlarının sayı 44 nəfərə catıb

Yaponiyada zəlzələ qurbanlarının sayı 44 nəfərə catıb
# 19 aprel 2016 02:24 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Küsü adasında baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 44-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər torpaq sürüşməsi qeydə alınan ərazidə daha 2 nəfərin meyitini aşkar ediblər.

Bununla belə, 94 min insan hələ də evakuasiya məntəqələrində qalırlar. Son məlumatlara əsasən, adada 160 min ev susuz qalıb, daha 100 min evin qaz təchizatı dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR