“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb

“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb
# 28 dekabr 2015 14:11 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə “Azəryolservis” ASC-nin yeni Nizamnaməsinin və strukturunun layihələrini, Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlamaq və prezidentə təqdim etmək, habelə Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” ASC-nin balansına verilməsini bir ay müddətində təmin etmək, “Azəryolservis” ASC-nin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin Cəmiyyətə ayrılmasını təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR