"YapiKredi Bank Azərbaycan" bəzi daxili komitələrini yeniləyib

"YapiKredi Bank Azərbaycan" bəzi daxili komitələrini yeniləyib
# 14 oktyabr 2015 08:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “YapiKredi Bank Azərbaycan”ın daxili komitələri yenilənib.

APA-Economics”in verdiyi xəbərə görə, Cenk Yüksel kredit, aktiv və passivlərin idarəetmə komitəsi, informasiya texnologiyaları komitələrinin sədri, eyni zamanda, risklərin idarəetmə komitəsinin üzvü seçilib.

Cenk Yüksel eyni zamanda bankın İdarə Heyətinin sədri, həm də baş direktordur.

Qeyd edək ki, kredit, aktiv və passivlərin idarəetmə komitəsinin əvvəlki sədri Altan Şəntürk, informasiya texnologiyaları komitəsinin sədri isə Osman Günaydın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR