“Təhsil haqqında” qanuna əlavə MM iclasına tövsiyə olunub

“Təhsil haqqında” qanuna əlavə MM iclasına tövsiyə olunub
# 09 sentyabr 2016 14:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Təhsil haqqında” qanunun 1-ci maddəsinə təklif olunan əlavə müzakirəyə çıxarılıb.

Əlavəyə görə, əlavə ali təhsil anlayışları sırasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat - magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurum anlayışının daxil edilməsi ilə bağlıdır.

Layihədə bildirilir ki, burada məqsəd Azərbaycan Milli Elmlər Akademiyasında magistraturanın yaradılmasının təsbit olunmasıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR