Zinət əşyalarını gizlin şəkildə Azərbaycandan çıxarmaq istəyən şəxs saxlanılıb

Zinət əşyalarını gizlin şəkildə Azərbaycandan çıxarmaq istəyən şəxs saxlanılıb
# 17 fevral 2016 11:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidməti əməkdaşları zinət əşyalarını gizlin ölkədən aparmaq istəyən Azərbaycan vətəndaşını saxlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşı Azər İslamzadə Azərbaycandan İrana getmək üçün gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı A.İslamzadənin üzərində gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 136,9 qram olan, 2 dəst sırğa-üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 16 ədəd üzük aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR