Meksikada leysan yağışlar 4 nəfərin ölümünə səbəb olub

Meksikada leysan yağışlar 4 nəfərin ölümünə səbəb olub
# 04 sentyabr 2016 16:59 (UTC +04:00)

Bakı-APA. Güclü leysan yağışlar Meksikada təbii fəlakətə yol açıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, leysan yağışın yol açdığı dağıntılar səbəbindən Meksikanın müxtəlif ştatlarında ən azı 4 nəfər həyatını itirib.

Çyapas ştatında Tustla-Quterres şəhərində 3 nəfər ölüb. Şəhərdə iki ev dağılıb, körpü çöküb, 75 avtomobilə ziyan dəyib. Hakimiyyət su basan zonadan ailələri evakuasiya edib.

Xalisko ştatında Kasimiro-Kastilo şəhərində isə 1 yaşlı şəxsi su axını aparıb. Yaşlı şəxsin cəsədi axtarışlardan sonra tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR