Mərdəkanda keçmiş məhkum qeyri-rəsmi nikahda olduğu qadını öldürərək basdırıb

Mərdəkanda keçmiş məhkum qeyri-rəsmi nikahda olduğu qadını öldürərək basdırıb
# 17 avqust 2016 10:47 (UTC +04:00)

Bakı - APA. Avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, A. Həsənov cəsədi həyətində basdırıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR