“Azneft”-in baş direktoru: “İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir”

“Azneft”-in baş direktoru: “İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir”
# 09 dekabr 2015 17:33 (UTC +04:00)

Aqşin Rafiqoğlu - APA-Economiks. Hər gün Fövqəladə Hallar Nazirliyinin (FHN) və Sərhəd Qoşunlarının helikopterləri "Günəşli” akvatoriyasında, həmçinin FHN və SOCAR-ın xilasediciləri 10-cu dərin dəniz özülündə və Neft Daşlarının 501 saylı platformasında itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olurlar.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib.

Daşqın İskəndərov deyib ki, itkin düşənlərin tapılacağı ilə bağlı ümidlərini itirmirlər. O, özüldə yanğının söndürülməsi üçün işlərin davam etdiyini bildirib: “Hazırda 5 gəmimiz yanğını söndürür. SOCAR-ın orada yanan 4 qaz quyusu var. Havanın küləkli olmasına baxmayaraq, yanğının söndürülməsi davam etdirilir. Eyni zamanda, özüldə su təminatı olmadığı üçün bunu bərpa etməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR