Dəmir yolunun sərhəd-keçid məntəqəsində məlumat mübadiləsi elektronlaşdırılır

Dəmir yolunun sərhəd-keçid məntəqəsində məlumat mübadiləsi elektronlaşdırılır
# 07 dekabr 2015 06:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Dəmir yolu nəqliyyatı vasitəsilə Gömrük İttifaqı üzv dövlətləri arasında daşınan yüklər haqqında məlumatların qarşı tərəfin gömrük orqanlarına məcburi olaraq qabaqcadan ötürülməsi haqqında” Avrasiya İqtisadi Komissiyasının 196 saylı 17 sentyabr 2013-cü il tarixli qərarının və Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyasının 14-cü iclasının protokol layihəsinə uyğun olaraq, İşçi qrupu ekspertlərinin iclasının qərarlarının yerinə yetirmək məqsədilə 12 sentyabr 2014-cü il tarixində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC Məlumat-Hesablama Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 21-22 oktyabr 2014-cü il Bakıda cağırılan 61-ci “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC rəhbərləri arasında məlumat mübadiləsi haqqında Saziş imzalanıb.

Məlumat Hesablama Mərkəzi öz növbəsində uyğun proqram təminatı işləyib hazırlamış və hal-hazırda proqram təminatı Yalama stansiyasında təcrübi istismara verilib.

Layihəyə uyğun olaraq yaxın zamanlarda şimal sərhəddində qatar mübadiləsi zamanı yük vaqonlarının qaimələri qarşı tərəfə elektron formada təqdim olunacaq.

Gələcəkdə bu proqram təminatının bütün stansiyalar üzrə istismarının təmin edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR