Rəy sorğusu: Tramp və Klinton öz partiyalarında liderdirlər

Rəy sorğusu: Tramp və Klinton öz partiyalarında liderdirlər
# 09 aprel 2016 03:31 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Hillari Klinton öz partiyadaşları arasında lider olaraq qalırlar.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi rəy sorğusuna istinadən xəbər verib.

Sorğuya əsasən, Respublikaçıların 42%-i Donald Trampı dəstəkləyir, ikinci yerdə Ted Kruz (32%), üçüncü isə Con Keysikdir (20%). Qeyd olunur ki, milyardçı Trampın göstəriciləri son həftələr pisləşsə də, o, ötən ilin iyulundan liderliyi qoruyub saxlaya bilib.

Demokratlar arasında isə Hillari Klinton öndədir. Ona sorğuda iştirak edənlərin 53% səs verib. Berni Sandersi rəyi soruşulanların 43%-i dəstəkləyib.

Sorğuda 626 Respublikaçı və 668 Demokrat partiyasının üzvü səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR