Aİ qaçqınlarla bağlı məsələdə Türkiyəyə dəstək üçün 3 milyard avro ayıra bilər

Aİ qaçqınlarla bağlı məsələdə Türkiyəyə dəstək  üçün 3 milyard avro ayıra bilər
# 16 oktyabr 2015 04:16 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel qaçqınların məsələsi ilə bağlı Ankara ilə əməkdaşlığa dair Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri həmçinin Türkiyənin Aİ-də üzvlüyü ilə bağlı danışıqlar prosesinin aktivləşdirilməsinə dair razılığa gəliblər.

Merkel bundan əvvəl Türkiyənin qaçqınlar probleminə 7 mlrd. avro xərclədiyini bildirib. Ölkəyə bu məsələdə xarici yardım 1 mlrd. avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR