Referendumla əlaqədar bülletenlərin paylanılmasına sentyabrın 14-dən başlanılacaq

Referendumla əlaqədar bülletenlərin paylanılmasına sentyabrın 14-dən başlanılacaq
# 10 sentyabr 2016 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Dairə Seçki Komissiyalarında 46569 müşahidəçi qeydə alınıb.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, sentyabrın 14-dən bülletenlərinin DSK-lara paylanılmasına başlanılacaq: "Yəqin ki, sentyabrın 18-dək bu proses başa çatacaq".

MSK sədri qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam etdirilir: "MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Bunlardan 777-si QHT nümayəndəsi, 167-si öz təşəbbüsü, ikisi xüsusi icazə almış, 82 nəfər "Yeni Azərbaycan" təşəbbüs qrupu, 29-u isə Vətəndaş Cəmiyyəti təşəbbüs qrupunun üzvləridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR