“Üç gün və bir ömür” bədii filminin çəkilişlərinə başlanılıb

“Üç gün və bir ömür” bədii filminin çəkilişlərinə başlanılıb
# 26 aprel 2016 13:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan ekran əsəri psixoloji dram janrındadır.

Filmin quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırırlar.

Doğma rayonu işğal edilərkən həbsxanada olan qəhrəman azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR