Balakəndə üç nəfər göbələkdən zəhərlənib

Balakəndə üç nəfər göbələkdən zəhərlənib
# 28 oktyabr 2015 07:49 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda ikisi bir ailənin üzvü olmaqla, üç nəfər göbələkdən zəhərlənib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 27-si axşam saat 22 radələrində rayonun Qabaqçöl qəsəbə sakinləri Şaban Ömər oğlu Qurçayev, Şabanın həyat yoldaşı Cəvahir Abbas qızı Qurçayeva və Yusub Ramazan oğlu Yusubov zəhərlənmə əlamətləri ilə xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, zəhərlənən şəxslər Şaban Qurçayevin yaşadığı evdə göbələk yeyiblər. Göbələk yeyəndən az sonra hər üç şəxsdə zəhərlənmə əlamətləri özünü büruzə verib. Hər üç şəxsə xəstəxanada lazımi ilkin tibbi yardım göstəriləndən sonra müayinə və müalicələrini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR