Zakir Həsənov Misirin Sərhəd Qoşunlarının nümayəndə heyəti ilə görüşüb

Zakir Həsənov Misirin Sərhəd Qoşunlarının nümayəndə heyəti ilə görüşüb
# 30 mart 2016 13:44 (UTC +04:00)

Bakı-APA. Martın 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı, general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirib.

İki ölkənin hərbi sahədə əlaqələrinə toxunan general-polkovnik Zakir Həsənov ölkələrin müvafiq qurumları arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərini xüsusi qeyd edib.

General-mayor Əhməd İbrahim Məhəmməd İbrahim Misir dövlətinin dostluq münasibətlərində olduğu Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu, bunun üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Misir arasında hərbi, hərbi-texniki istiqamətlərdə münasibətlərin genişləndirilməsinin vacibliyi, eləcə də terrorizmə qarşı birgə mübarizə, döyüş təcrübəsi sahəsində əldə edilən biliklərin mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR