"Alstom" Bakı və Gəncədə tramvay layihəsi həyata keçirmək niyyətindədir

"Alstom" Bakı və Gəncədə tramvay layihəsi həyata keçirmək niyyətindədir
# 16 fevral 2016 12:06 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. "Alstrom" şirkəti Bakı, Gəncə və Tbilisi şəhərləri üçün tramvay layihələri həyata keçirməyi təklif edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "Alstom" şirkətinin Azərbaycandakı filialının direktoru Elşən Zeynalov Tbilisidə keçirilən "Cənubi Qafqaz: infrastruktur və alternativ energetika" mövzusunda III sammitdə çıxışı zamanı deyib.

"Şirkətimizin lokomotivlər, metro, şəhərlərarası, sürətli qatarlar və tramvaylar istehsal edir. Biz bu gün keçirilən sammitdə Bakı, Gəncə və Tbilisi şəhərləri üçün tramvay layihələrini həyata keçirməyi təklif etdik. Azərbaycan "Alstom" şirkətindən 50 lokomotiv alıb və onlar Azərbaycan daxilində istifadə olunur. Biz Gürcüstanla da fəaliyyətimizi genişləndirmək istəyirik", - E. Zeynalov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR