İtaliyada “Cina və Nuru” filminin təqdimatı olacaq

İtaliyada “Cina və Nuru” filminin təqdimatı olacaq
# 07 dekabr 2015 08:46 (UTC +04:00)

Bakı - APA. Dekabrın 9-da İtaliyanın Bolonya şəhərində “Cina və Nuru” sənədli filminin təqdimatı olacaq.

APA-nın məlumatına görə, Bolonya şəhər meriyası, Qramşi İnstitutu və ANPİ Fondu tərəfindən təşkil edilən mərasimdə filmin qəhrəmanlarının övladları, incəsənət və mədəniyyət xadimləri, Azərbaycanını İtaliyadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak edəcək.

Filmin ssenari müəllifi Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli, rejissoru Nihad İsadır. Film Avropa Azərbaycan Cəmiyyətini (TEAS) dəstəyi ilə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR