Vergilər nazirinin müşavirlərinin sayı azalıb

Vergilər nazirinin müşavirlərinin sayı azalıb
# 06 sentyabr 2016 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. Vergilər Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, vergilər nazirinin müşaviri Məhəmməd Sadıkov işdən çıxıb.

Bununla da nazirin müşavirlərinin sayı 8-ə enib.

Qeyd edək ki, M. Sadıkov müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğludur.

Əlavə edək ki, nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR