Zaqatala, Şəki və Lənkəran sərhəd dəstələrində “Valideyn günü” keçirilib

Zaqatala, Şəki və Lənkəran sərhəd dəstələrində “Valideyn günü” keçirilib
# 19 mart 2016 13:33 (UTC +04:00)

Zaqatala, Lənkəran. Vüqar Heydərov, Ağəddin Babayev - APA. Bu gün Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsində “Valideyn günü” keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin və Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həqiqi hərbi xidməti dövründə xüsusilə fərqlənən əsgərlər Fəxri fərman, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanı və qiymətli hədiyyələrlə təltif olunublar, onların valideynlərinə isə “Təşəkkür məktubları” təqdim edilib.

Şəki Sərhəd Dəstəsində də “Valideyn günü” keçirilib. Şəki Sərhəd Dəstəsinin və Şəki şəhər icra hakimiyyəti rəhbərliyinin iştirak etdiyi tədbirdə DSX rəisi Elçin Quliyevin şəxsi heyətə təbrik məktubu oxunub. Xidmətdə fərqlənən əsgərlər fəxri fərmanla, döş nişanları ilə təltif olunub, valideynlərə isə “Təşəkkür məktub”ları təqdim olunub.

Bu gün həmçinin Lənkəran Sərhəd Dəstəsində “Valideyn günü” keçirilib. Tədbirin rəsmi hissəsində DSX nümayəndəsi, general-mayor Cavid Abdullayev və hərbi hissə komandiri, polkovnik Zaur Zeynalov çıxış ediblər. Çıxışlarda ölkə sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, DSX-nın səmərəli iş fəaliyyəti, əldə olunan uğurlar barədə ətraflı söz açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR