Əhməd Davudoğlu: “Ankarada baş vermiş terror aktı nəticəsində 99 nəfər ölüb”

Əhməd Davudoğlu: “Ankarada baş vermiş terror aktı nəticəsində 99 nəfər ölüb”
# 14 oktyabr 2015 23:00 (UTC +04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Show TV-nin canlı yayınında bəyan edib.

“99 cənazəmiz var. Onlardan 94-ün şəxsiyyəti müəyyənləşdirilərək yaxınlarına təhvil verilib. Ölənlərdən biri fələstinlidir. Biz onun qohumlarının gəlişini gözləyirik”, deyə Ə.Davudoğlu bildirib.

Onun sözlərinə görə, terror aktının sifarişçiləri müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər. Qeyd edək ki, bundan əvvəl İŞİD və PKK-nın terrorda əlinin olması barədə məlumatlar yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR