Şəmkirdə avtomobil at arabasını vurub, 6 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil at arabasını vurub, 6 nəfər xəsarət alıb
# 11 avqust 2016 21:57 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Naməlum avtomobil yol ilə hərəkət edən at arabasını vuraraq hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı arabada olan 1988-ci il təvəllüdlü Mətləb Məmmədov, onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tərlan Məmmədova, övladları 6 yaşlı Uğur, 2 yaşlı Ayşən və onların qohumları 2001-ci il təvəllüdlü Aidə Məmmədova və 2007-ci il təvəllüdlü Rauf Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfərin vəziyyətinin ağır, digərinin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR