"Bank Avrasiya" yanvar-aprel ərzində ciddi mənfəət əldə edib

"Bank Avrasiya" yanvar-aprel ərzində ciddi mənfəət əldə edib
# 20 may 2016 12:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Avrasiya” maliyyə nəticələrinə açıqlayıb. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, cari ilin may ayının 1-nə bankın aktivləri 122,658 mln. manat təşkil edib.

Hesabat dövründə kredit portfelinin həcmi 87,298 mln. manat, depozit portfeli 28,602 mln. manat, öhdəlikləri isə 68,066 mln. manat olub.

Bankın nizamnamə kapitalı aprelin 30-a 50 mln. manat, məcmu kapitalı isə 54 mln. 591,8 min manat təşkil edib.

“Bank Avrasiya” cari ilin ilk 4 ayını 3 mln. 415,2 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR