Ağstafada bıçaqlanma olub

Ağstafada bıçaqlanma olub
# 01 dekabr 2015 20:50 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafa sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Xəqani İsgəndərov qarının daxilə keçən bıçaq yarası xəsarəti ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. X. İsgəndərovun qohumları onun özü özünü bıçaqladığını bildiriblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR