Bakıda gözəllik salonundan oğurluq edilib

Bakıda gözəllik salonundan oğurluq edilib
# 03 dekabr 2015 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən Bakı şəhər sakini Qəmər Əmirovaya məxsus içərisində 350 manatı olan pul kisəsi oğurlanıb.


Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Fəqan Aslanov və İmişli rayon sakini Tacəddin Paşayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR