Mingəçevirdə 4 otaqlı ev yanıb

Mingəçevirdə 4 otaqlı ev yanıb
# 15 avqust 2016 21:47 (UTC +04:00)

Bakı-APA. Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhəri, Günəşli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin çardağının yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR