Ağcabədi. Ziya Əmirxanlı-APA. Ağcabədidə 30 yaşlı kişi sirkə içərək intihara cəhd edib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.
1985-ci il təvəllüdlü Rauf Məmmədov sirkə turşusu içidiyini ailə üzvləri görüb. O,dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər ona tibbi yardım göstərib.
Ağcabədi MRX-dan APA-ya verilən məlumata görə, xəstə Bakıdakı səhiyyə ocaqlarının birənə göndərilməsi üçün hazırlanır.