Nazir Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edib

Nazir Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edib
# 25 fevral 2016 11:02 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 25-də Ağsu şəhərində vətəndaşları qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, FHN-nin Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbula Ağsu, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər qəbul edilərək , müraciətlərinə baxılıb.

Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə bağlı olub.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 192, digər məsələlərlə bağlı müraciət etmiş 113 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR