Putin və Lukaşenko Belarusda Rusiya hərbi bazasının yaradılması məsələsini müzakirə etməyiblər

Putin və Lukaşenko Belarusda Rusiya hərbi bazasının yaradılması məsələsini müzakirə etməyiblər
# 15 dekabr 2015 20:43 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə ölkə ərazisində Rusiya hərbi hava bazasının yaradılması məsələsini müzakirə etməyiblər . APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Putin Müdafiə Nazirliyinə və XİN-ə Belarus tərəfi ilə müzakirələrin aparılmasına dair göstəriş vermişdi. Danışıqların yekunlarına dair 2015-ci ilin sentyabrına Belarusda Rusiya hərbi bazasının yaradılması barədə sazişin imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR