Xilasedicilər Bakıda mənzildə meyit aşkar ediblər

Xilasedicilər Bakıda mənzildə meyit aşkar ediblər
# 12 fevral 2016 11:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb.

FHN-in əməkdaşları mənzildə 1950-ci il təvəllüdlü Jiqalkin Valeri Valentinoviçin cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR