Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyul
# 04 iyul 2016 18:15 (UTC +04:00)

YORUM...

Jirinovski haqlı imiş... Rusiyalı deputat Türkiyənin Rusiyaya Belarus, Ermənistandan və Qırğızıstandan da yaxın olacağını demişdi... Bəli, bu, yaxınlaşma olmadı, bu artıq Rusiyaya yapışmaq oldu... Düzdür, İncirlik aviabazası Türkiyənin mülkiyyətidir, yəni dövlət bu bazadan necə istifadə edəcəyini özü sərbəst şəkildə müəyyənləşdirir... Amma bu strateji məkan yarandığı gündən Türkiyə ilə yanaşı, ABŞ-ın - yəni NATO-nun təyyarələri üçün nəzərdə tutulub... Daha sonra bu bazaya Britaniya və Almaniya qırıcıları da enməyə başlayıblar... İncirlik aviabazasının rus aviasiyası üçün açılması nə deməkdir...? Bu, Suriyada Moskvanın qələbəsi, Bəşər Əsədin xilası və Kremlin bölgədə sözlə ifadə edilməyəcək dərəcədə güclənməsi ilə paralel olaraq NATO-nun öz müttəfiqi tərəfindən arxadan vurulması deməkdir... Bu, həm də Qərbin illərdir Rusiyanı çökdürmək məqsədilə tətbiq etdiyi sanksiyaların effektini sıfıra endirdi, NATO-nun Rusiya sərhədlərində möhkəmlənərək adı çəkilən ölkənin ətrafında dairəni qapatmaq planlarının üzərindən xətt çəkdi... Bundan əlavə, Ərdoğanın bu addımı Avropanın yenidən Rusiya qazından asılı vəziyyətə düşəcəyinin siqnalıdır... Təyyarə insidentindən öncə iki ölkə arasında planlaşdırılan "Türk axını" layihəsinin reallaşacağı şübhəsizdir... Bu isə "Qazprom"un qitəyə çıxışı üçün iki il sonra müddəti bitəcək Ukrayna marşrutuna alternativ tapılması anlamına gəlir... Rusiyanı bütün bu imkanlardan məhrum etmək uzun illərdir Qərbin marağındadır və bunun üçün kifayət qədər işlər görülüb... Birdən-birə bu planların pozulması ilə Qərb heç vaxt barışmayacaq və səbəbkar mütləq cəzalanacaq... NATO-nun Varşava sammiti öncəsi müttəfiq ölkənin Rusiyadan üzr istəməsi, daha sonra isə qurum üçün böyük əhəmiyyəti olan hərbi bazanın rəqib aviasiyası üçün açılmasını NATO, xüsusilə ABŞ Türkiyəyə heç vaxt bağışlamayacaq... Polşa paytaxtında keçiriləcək zirvə toplantısında Türkiyənin qurumda qalıb-qalmayacağı məsələsi gündəmə gətirilə bilər... Və deyəsən, Jirinovski növbəti dəfə haqlı çıxacaq, çünki siyasətçi Türkiyənin NATO-dan çıxacağını da iddia edib...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR