MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib
# 25 dekabr 2015 15:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev həbs edilib.

Bu barədə APA-ya Səbail rayon Məhkəməsindən məlumat verilib.

Məlumata görə, E. Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR