Şövkət Mirzioyevin prezidentliyə namizədliyi irəli sürülüb

Şövkət Mirzioyevin prezidentliyə namizədliyi irəli sürülüb
# 16 sentyabr 2016 09:24 (UTC +04:00)

Bakı – APA. Özbəkistan hökumətinin sədri Şövkət Mirzioyevin prezidentliyə namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının “Facebook” səhifəsində yer alan məlumatda bildirilir.

Qeyd olunur ki, Ş. Mirzioyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyasının Siyasi Şurasının iclasında dəstəklənib. Ş. Mirzioyev hazırda prezidentin səlahiyyətlərini icra edir.

Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR