AŞPA seçki müşahidə missiyasının Azərbaycana səfəri başlayıb

AŞPA seçki müşahidə missiyasının Azərbaycana səfəri başlayıb
# 21 sentyabr 2015 07:42 (UTC +04:00)

APA-nın məlumatına görə, ispaniyalı parlamentar Yordi Çuklanın başçılığı ilə 5 nəfərlik AŞPA nümayəndə heyəti seçkiqabağı durumu öyrənmək üçün 2 gün Azərbaycanda olacaq. Səfərin məqsədi 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki sistemini və seçki kampaniyasını dəyərləndirməkdir. Nümayəndə heyəti parlamentin spikeri, parlamentdə təmsil olunan parlament qrupları və partiya liderləri, həmçinin parlamentdə təmsil olunmayan müxalif partiya liderləri ilə görüşəcək. Bundan başqa, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri və Qeyri-Hökumət Təşkilatları, media nümayəndələri ilə də görüş planlaşdırılır.

Nümayəndə heyəti seçki öncəsi səfərlər bağlı yazılı bəyanat hazırlayacaq.

Nümayəndə heyətinin tərkibinə həmçinin Almaniyadan Franck Schwabe, keçmiş Yuqolsaviya Respublikası və Makedoniyadan Aleksandar Nikoloski, Türkiyədən Egemen Bağış və İspaniyadan Aqustin Konde daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR