"Axınla aşağı” filmi İtaliyada nümayiş olunacaq

"Axınla aşağı” filmi İtaliyada nümayiş olunacaq
# 16 noyabr 2015 10:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi 20-28 noyabr tarixlərində Romada keçiriləcək 16-cı ASIATICA, Encounters with Asian Cinema Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq.

“Axınla aşağı” filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR