Paytaxtda naməlum avtomobillə vurulan qadın ölüb

Paytaxtda naməlum avtomobillə vurulan qadın ölüb
# 29 oktyabr 2015 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 28-də Yasamal rayonunun A.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Səlminaz Həmidova vurulub. Nəticədə o, hadisə yerində ölüb.

Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR