Kolumbiyalı diplomat Bakıda jurnalistlərlə görüş keçirib

Kolumbiyalı diplomat Bakıda jurnalistlərlə görüş keçirib
# 07 yanvar 2016 09:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Kolumbiyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan müvəqqəti işlər vəkili Assad Joze Jater Pena jurnalistlərlə görüşündə bildirib.

Azərbaycan-Kolumbiya münasibətlərinin 20 illik tarixə malik olduğunu deyən diplomat gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, səfirlik 2015-ci ildə əsasən mədəniyyət və təhsil sahələrinə diqqət yetirib.

“İstərdik ki, Kolumbiya və Azərbaycan alimləri bir araya gəlsinlər və akademik sahədə yeniliklər əldə olunsun. Azərbaycan və Kolumbiyanın bölgələri arasında da əməkdaşlığın gücləndirilməsinin tərəfdarıyıq. Bu sahədə elə də güclü əməkdaşlıq olmasa da, gələcəkdə artacağına ümid edirik”, -deyə diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR