Con Kirbi: “Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması xəbərlərini müsbət qarşılayırıq ”

Con Kirbi: “Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması xəbərlərini müsbət qarşılayırıq ”
# 22 dekabr 2015 07:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Türkiyə və İsrail arasındakı münasibətlərin düzəlməsi xəbərlərini eşitdik. Bölgədəki iki əhəmiyyətli müttəfiqimiz arasındakı münasibətlərin yaxşılaşması xəbərlərini müsbət qarşılayırıq”.

APA-nın “Milliyyet”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib.

C. Kirbi Türkiyə əsgərlərinin İraqdakı mövcudluğu ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, İraqdakı bütün hərbi fəaliyyətlər İraq hökumətinin icazəsi ilə həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR