Üç teatr kollektivi Azərbaycan əsgərinə dəstək tədbiri keçirib

Üç teatr kollektivi Azərbaycan əsgərinə dəstək tədbiri keçirib
# 05 aprel 2016 14:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan əsgərinə dəstək nümayiş etdirmək məqsədilə tədbir keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Kukla, “Yuğ” və Pantomima teatrlarının kollektivlərinin iştirak etdiyi tədbirdə aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Kukla Teatrının direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə xalqımızın sülhsevərliyindən, hər zaman əminamanlığın tərəfdarı olmasından söz açıb: “Azərbaycan ordusu torpaqlarımızı geri qaytarmaq uğrunda düşmənlə döyüşür. Bu hadisədə bütün dünya, aparıcı dövlətlər Azərbaycanın tərəfindədir, ona haqq qazandırır. Artıq torpaqlarımızı əsarət altından qurtarmağın vaxtıdır. Hər birimiz Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik, istənilən vaxt səfərbərliyə hazırıq”.

Rəşad Əhmədzadə Kukla, YUĞ və Pantomima teatrlarının birlikdə tədbir təşkil edərək cəbhə bölgəsindəki əsgərlər qarşısında çıxış etmək niyyətində olduğunu da söylədi.

“Yuğ” Teatrının direktoru Tərlan Rəsulov, Kukla Teatrının baş rejissoru Qurban Məsimov və digər çıxış edənlər bu anlarda maksimum dərəcədə diqqətli olmağın, dezinformasiyalara yol verilməməyin vacibliyindən söz açıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR