Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub
# 16 dekabr 2015 06:51 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binasında yanğın olub.


Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən bildirilib. Məlumata görə, bu gün saat 07:40 radələrində, Zaqatala şəhəri, Nizami küçəsində yerləşən kollecin inzibati binalarından birində, ikimərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal FNH-nin Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Alov qısa müddətdə məhdudlaşdırılıb, hazırda yanğının tam söndürülmə əməliyyatı gedir.

Yanğın nəticəsində binanın birinci mərtəbəsində 15 kv/m, ikinci mərtəbəsində 25 kv/m və çardaq hissəsində 50 kv/m sahənin yanar konstruksiyaları yanıb.

Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR