Çin Azərbaycana 3,1 mln. dollarlıq 45 ədəd xüsusi təyinatlı maşın göndərir

Çin Azərbaycana 3,1 mln. dollarlıq 45 ədəd xüsusi təyinatlı maşın göndərir
# 15 dekabr 2015 07:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Çindən Azərbaycana 45 ədəd məişət tullantılarının daşınmasında istifadə olunan nəqliyyat vasitəsi göndərilib.

"APA-Economics"in Çinin rəsmi mətbuatına istinadən verdiyi məlumata görə, mərasim nəqliyyat vasitələri "Zoomlion" şirkəti tərəfindən istehsal olunub və Çin hökuməti tərəfindən Azərbaycana texniki yardım formasında təqdim edilib.

Nəqliyyat vasitələrinin ümumi dəyəri 20 mln. yuan və ya 3,1 mln. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR